Konsert zamanı izdiham yaşandı: 9 nəfər ölüb

Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada məşhur qospel müğənnisi Mayk Kalambainin konsertində baş vermiş basabas nəticəsində azı doqquz nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə KDR-in səhiyyə naziri Samuel Roce Kambanın sözlərinə istinadən “Actualite” xəbər portalı məlumat verib.
“Konsert zamanı baş vermiş basabasda doqquz nəfər həlak olub”, – o bildirib.
Onun sözlərinə görə, “qurbanlar arasında səkkiz qadın, o cümlədən iki yaşlı qadın, habelə təxminən on yaşlı bir oğlan var:
“Onların əksəriyyətinin ölümü hava çatışmazlığı və boğulmadan qaynaqlanıb”.
Nazir qeyd edib ki, hadisədə ölənlərlə yanaşı yaralananlar da olub.
Konsert əvvəlki gün Kinşasanın şimalında yerləşən “Stade des Martyrs” stadionunda keçirilib və əsasən xristian kilsələrinin üzvləri olan 30 mindən çox insanı bir araya gətirib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












