Körpə qızı ilə yatarkən qardaşı tərəfindən qətlə yetirildi

Bir neçə gün öncə Bakının Binəqədi rayonunda baş verən qətlin təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında məlumat verib.
Hüquq müdafiəçisi bildirib ki, hadisə mərhumun 1 yaşlı qızı yanında olarkən baş verib: “Ata və azyaşlı qızı evdə yatan vaxt ana mətbəxdə olub. Qadın mətbəxdən qayıdarkən dəhşətli mənzərə ilə qarşılaşır: körpəsi qan içində, həyat yoldaşı isə həyatını itirib. Qaynı uşağı anaya verərək körpəni yumasını istəyib və qardaşını öldürdüyünü, dərhal polisə gedib təslim olacağını bildirib”.
Mərhumun arvadı həyat yoldaşının narkotik istifadəçisi olsa da, sakit və mübahisədən uzaq insan olduğunu deyib: “Hadisəyə səbəb isə bir həyət evində qardaşların arasında yaranan mübahisə olub. Qardaşlardan biri özünə əlavə qapı yeri açılmasını tələb edirmiş”.
Xatırladaq ki, hadisə iyulun 3-ü səhər saatlarında baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək könüllü təslim olub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












