Küçədə sevgilisinin barmaqlarını sındıran şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Azay Cəbiyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az "Pravda.az"a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Azay Cəbiyevə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə 8 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən binalardan binanın qarşısında qeydə alınıb. Belə ki, Azay Cəbiyev qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu zərərçəkmiş Günay Quliyeva (adı və soyadı şərtidir) ilə mübahisə edib. Bu zaman o, qadının ünvanına nalayiq ifadələr işlədərək, heç bir əsaslı səbəb olmadan onun sağ əlinin barmaqlarını qəsdən buraraq sındırıb. Sonra Azay Günayın sol bazu nahiyəsinin və sol diz nahiyəsinin qançırları kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib. Hadisədən sonra Azay Cəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Azay Cəbiyev məhkəmə ifadəsində bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur, Günay onun maşınına müştəri qismində əyləşən zaman tanış olub. Sonra onların arasında sevgi münasibətləri yaranıb və birgə yaşayıblar. Bu münasibətlərdən uşaq dünyaya gəlib. Azay kirayə pulunu ödəyə bilmədiyi üçün qadın anasının yanında yaşamağa başlayıb və bundan sonra onların arasında münasibətlər pozulub.
Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - VİDEO
Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO
Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO
Yolun ortasını səkiyə çevirən piyada avtomobillərə məhəl qoymadı - VİDEO
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə NAZİRLİKDƏN REAKSİYA - VİDEO
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO - YENİLƏNİB
Bakıda maşında qadın DÖYÜLDÜ
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR










