"Küncüt" restoranının səs-küyü sakinləri bezdirdi - Polis hərəkətə keçdi - VİDEO

Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində yerləşən “Küncüt” restoranı ətraf ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.
Qeyd olunub ki, restoran hər axşam saat 20:00-dan saat 00:00-a qədər yüksək səslə musiqi səsləndirir. Gecə isə həmin səs-küy fişənglərin atılması ilə müşayiət olunur.
Ərazi sakinləri istirahətlərinin pozulduğunu bildirərək məsələ ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsini tələb ediblər.
Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov qeyd olunan ünvanda gecə saatlarında pirotexniki vasitə partladaraq sakinləri narahat edən şəxslə bağlı polis əməkdaşları tərəfindən tədbir görüldüyünü bildirib.
“Həmin tədbirin təşkilatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib. Bir daha eyni əməli törədəcəyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyi şəxsin diqqətinə çatdırılıb”, - deyə E.İbrahimov vurğulayıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












