Kür çayında "tok" aparatı ilə balıq ovlayan 3 nəfər saxlanıldı - FOTOLAR

Kür çayının sol sahilində, Şəmkir rayonunun inzibati ərazisindən keçən hissəsində elektrik cərəyanı artırıcı avadanlıqdan ("tok" aparatından) istifadə etməklə qanunsuz balıq ovu faktı aşkarlanıb.
Bu barədə Avtosfer.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qanunsuz balıq ovu ilə məşğul olan Tovuz rayonunun Hunanlar kəndi sakinləri olan üç şəxs Daxili Sular Regional Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Aparılan tədbirlər zamanı həmin şəxslərin 90 ədəd daban balığı, 1 ədəd çəki balığı və 52 ədəd sıf balığı növlərini qanunsuz olaraq ovladıqları müəyyən edilib.
Qanunsuz ov nəticəsində təbiətə dəymiz ziyanın ödənilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə hər üç şəxs barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə təqdim edilib.


Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












