Lənkəranın dağ kəndində YANĞIN: Alov Hirkan Milli Parkına keçdi
Hadisə
2 Sentyabr 2025 23:00

Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda açıq sahədə başlayan yanğın Hirkan Milli Parkının ərazisinə də keçib.
Avtosfer.az xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran yanğından mühafizə hissəsinə məxsus iki texnika və 15 nəfərlik şəxsi heyət hadisə yerinə cəlb olunub.
FHN-dən verilən məlumata görə, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın operativ şəkildə lokallaşdırılıb və genişlənməsinin qarşısı alınıb.
Hadisə nəticəsində kənd bələdiyyəsinə məxsus iki hektar torpaq sahəsi, eləcə də Hirkan Milli Parkının 200 kvadratmetr ərazisində quru ot və kol-kos yanıb.
Hazırda aidiyyəti qurumların nümayəndələri və Milli Park rəhbərliyi hadisə yerindədirlər.
Oxunub : 846
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 22:29
Sumqayıtda zavodda qanlı hadisə
13 Noyabr 2026 21:59
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
13 Noyabr 2026 17:48
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
13 Noyabr 2026 15:44
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
13 Noyabr 2026 15:18
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
13 Noyabr 2026 13:30
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
13 Noyabr 2026 11:11
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
13 Noyabr 2026 10:23
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
13 Noyabr 2026 09:36
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
12 Noyabr 2026 17:47
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
12 Noyabr 2026 14:06
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
12 Noyabr 2026 12:30
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
ŞƏRH YAZ












