Banner

Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü

Hadisə 21 Oktyabr 2026 10:00
Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü
WhatsApp kanalımıza abunə olun

Dünən gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər.

Bu zaman qaçan şəxslərdən R. Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Digər şəxs - E. Kərimov saxlanılıb.

Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.

Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Oxunub : 70
ŞƏRH YAZ
Ad

E-mail

Şərh