Leysan səbəbindən 200-dən çox qatar səfəri ləğv edildi

Çinin Hınan əyalətində şiddətli yağışların yaratdığı sel, daşqın, torpaq sürüşməsi və palçıq axını səbəbindən bölgədən keçməli olan 163 sərnişin qatarının səfərləri ləğv edilib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, Hınan əyalətində şiddətli yağışların fəsadlarının aradan qaldırılmasına, sakinlərin xilasına və təxliyəsinə xeyli sayda canlı qüvvə və texnika cəlb olunub. Əyalət üzrə 548 nəfər təxliyə edilib.
Şansi əyalətində yağış torpaq sürüşməsinə və palçıq axınına səbəb olub. Baoci şəhərində avtomobil yolları və dəmir yolu xətləri su altında qalıb. Dəmir yolu körpüsünün bir hissəsinin dağılması səbəbindən daşqın nəzarəti həyata keçirən qatar relsdən çıxaraq aşıb, 2 heyət üzvü xəsarət alıb. Bu xətt də daxil olmaqla 70 qatar xəttində hərəkət dayandırılıb. Şəhərdə daha təhlükəli ərazilərdən 2459 sakin təxliyə edilib.
Qansu əyalətinin Lonnan şəhər stansiyasından iyulun 19-dək 38 sərnişin qatarı reysi ləğv edilib.
Şiddətli yağışlar Siçuan, Ciansi, Anhuy və Şandon əyalətlərində də fəsadlar yaradıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












