Lisenziyasız fəaliyyət göstərən stomatoloq 5000 manat cərimələndi

Səhiyyə Nazirliyi Mingəçevirdə lisenziyasız fəaliyyət göstərən stomatoloq barədə protokol tərtib edib. Avtosfer.az-ın Modern.az-a istinadən məlumatına görə, stomatoloq 5 min manat cərimələnib. Məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı stomatoloji kabinetdə fəaliyyət göstərən şəxsin lisenziya almadan özəl tibbi fəaliyyətlə məşğul olduğu aşkar edilib. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib olunub və 5000 manat məbləğində cərimə tətbiq edilib. Stomatoloq məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini istəyib. O, vergi uçotuna alındığını, dəfələrlə lisenziya almaq üçün müraciət etdiyini əsas gətirib. Həmçinin protokolun onun iştirakı olmadan tərtib olunduğunu və qaydalara əməl edilmədiyini bildirib. Lakin məhkəmə iş materiallarını araşdıraraq, stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyini təsdiqləyib. Qərara əsasən, Səhiyyə Nazirliyinin tətbiq etdiyi inzibati cərimə qanuni sayılıb və şikayət təmin edilməyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












