"Mado"dan alınan burqerin içərisindən görün nə çıxdı - Araşdırma başladı

Bakıda “Mado” restoranlar şəbəkəsində uşağı üçün yemək sifariş verən valideynin başına iş gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən vətəndaşın sözlərinə görə, övladına məhz uşaqlar üçün nəzərdə tutulan hamburqer alıb. Azyaşlı qız sifarişin yarıdan çoxunu yeyəndən sonra yeməyin içindən qığırdağabənzər hissəcik çıxıb.
Şikayətçi hadisənin adıçəkilən restoranlar şəbəkəsinin “Gənclik Mall” filialında baş verdiyini əlavə edib: “Ayın 8-də qızlarımla birlikdə restoranda nahar etmişik. Kiçik qızıma uşaqlar üçün nəzərdə tutulan hamburqer sifariş etmişik. İçindən çıxana baxın”.
“Mado”dan bildirilib ki, yalnız yazılı şəkildə cavab verə bilərlər. Yazılı müraciətə isə hələ də cavab verilməyib.
Bəs restoranda belə bir hal necə mümkün olub? Verilən qidaların keyfiyyətinə nəzarət olunmurmu?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Qafqazinfo"ya bildirilib ki, hazırda həmin məsələ ilə bağlı araşdırma aparılır: “Qeyd olunan məsələ Agentliyin Bakı Regional Bölməsi tərəfindən nəzarətə götürülüb. Müvafiq araşdırmalar aparılır.
Xahiş edirik ki, qida sahəsində bu cür neqativ hallarla rastlaşan istehlakçılar agentliyin 1003 qaynar xəttinə və ya e-qidam mobil tətbiqi vasitəsilə bizə məlumat versinlər. Müraciət daxil olduqdan sonra dərhal araşdırma və qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












