Mağaza və ofisdən oğurluq edən keçmiş məhkumlar saxlanıldı

Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq olub. Polisə müraciət edən şəxs oradan pos-terminal aparatı və 3 min manat dəyərində mobil telefonun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ə.Salmanov müəyyən olunaraq saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsi 14-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Maştağa qəsəbəsində mağazaların birindən 400 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İ.Rəcəbov saxlanılıb.
Yasamal rayonunda ofislərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən qadın, bir nəfərin isə mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.İsmayılov 26-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












