Mağazadan elektrik avadanlıqları oğurlanıb - FOTO

Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Ərazidə yerləşən mağazalardan birinin sahibi ona məxsus anbardan 100 min manat dəyərində elektrik əşyalarının oğurlanması barədə polisə müraciət edib.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törədən Faiq Cəbiyev və Namiq Xanməmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, qabaqcadan əlbir olan F.Cəbiyev və N.Xanməmmədov işlədikləri mağazanın deposundan elektrik açarları, mis şinləri və elektrik naqillərini hissə-hissə talayıb satıblar.
Faktla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












