Maşınına od vuran hərbçi DANIŞDI - VİDEO

Bəzi sosial şəbəkələrdə bir şəxsin avtomobilinə benzin tökərək od vurub yandırdığına dair görüntülər yayılıb. İddialara görə, həmin şəxs bu addımı avtomobillə bağlı yaranmış borc səbəbindən atıb.
Avtosfer.az xəbər verir ki, maşını yandıran şəxs - Murad Əfəndiyev hadisənin təfərrüatı barədə Baku TV-yə danışıb.
"Maşını bacanağımdan almışdım. Texniki baxışdan keçməsi üçün etibarnamə sahibi şəxsən özü gəlməli idi, amma gəlmədi. Dəfələrlə zəng etdim, cavab vermədi. Nəticədə, ard-arda cərimələr gəldi və məbləğ 800 manata çatdı. Həmin şəxs gəlib dedi ki, maşını ver, satıram. Dedim ki, mənim çörəyim bu avtomobildən çıxır, necə yəni satırsan? Buna görə də, əsəbiləşib maşını yandırdım", - M.Əfəndiyev deyib.
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, bir nəfərin avtomobil yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb:
"Hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub. Araşdırmalarla onun bir il əvvəl aldığı "Fiat Doblo" markalı avtomobilin sahibinə borclu qaldığı 1000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir".
Ətraflı süjetdə:
Piyada keçidindən istifadə etməyən piyadanı maşın vurdu - VİDEO
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
Sumqayıtda avtomobil təmiri sexi yandı - VİDEO
Kiberpolis əməliyyat keçirdi: SAXLANILANLAR VAR - VİDEO
Saxta tarixi məkan düzəldən şəxsə həbs və cərimə cəzası - FOTO
Maşinistsiz qatarlar toqquşdu - 18 İLDƏ İLK DƏFƏ
Tovuzda DƏHŞƏTLİ QƏTL - Öldürülən qadının və tutulan qohumun FOTOLARI - YENİLƏNİB
“BMW” yanıb kül oldu - FOTOLAR
Avtomobilini baha satmaq istədi: 11 min manat CƏRİMƏLƏNDİ
Zərdabda 1 hektarlıq ərazini yandıran şəxs saxlanıldı - FOTO
Süni intellekt 5 nəfəri ölümdən xilas etdi










