Məhkəmə Nazim Quliyevlə bağlı qərar verib
Hadisə
18 İyul 2024 21:09

“İdeal” saytının həbsdə olan rəhbəri Nazim Quliyev barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb. APA xəbər verir ki, bununla bağlı istintaq orqanının təqdimatına Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb.
Məhkəmə təqdimatı təmin edib, N.Quliyevin həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan Nazim Quliyev iki nəfərə qarşı dələduzluqda ittiham olunur.
Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ildə azadlığa çıxıb.
Oxunub : 1066
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 22:29
Sumqayıtda zavodda qanlı hadisə
13 Noyabr 2026 21:59
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
13 Noyabr 2026 17:48
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
13 Noyabr 2026 15:44
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
13 Noyabr 2026 15:18
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
13 Noyabr 2026 13:30
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
13 Noyabr 2026 11:11
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
13 Noyabr 2026 10:23
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
13 Noyabr 2026 09:36
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
12 Noyabr 2026 17:47
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
12 Noyabr 2026 14:06
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
12 Noyabr 2026 12:30
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
ŞƏRH YAZ












