Məhlədən qızla keçməsinə irad bildirib - Gəncin qətlinin təfərrüatı

Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovun bıçaqlanaraq qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, qətldə təqsirləndirilən 2000-ci il təvəllüdlü Höccət Soltanov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bir nəfərin ölümünə, digərinin həbsinə səbəb olan mübahisə isə qız üstündə baş verib. Belə ki, Sahib adlı şəxs (ad şərtidir) Elməddingilin məhləsindən keçərkən əlini yanında olan qızın çiyninə qoyub. Bu zaman Elməddin ona irad bildirib və bundan sonra mübahisə başlayıb.
Daha sonra mübahisəyə dostlar da qarışıb. Bundan sonra hamı maşınlara minib Qızılhacılı meşəsinə gediblər. Burada dava zamanı mübahisəni aydınlaşdırmağa gələnlərdən Höccət Soltanov Elməddini bıçaqlayaraq qətlə yetirib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, mübahisə zamanı dostu Sahibin yerinə Elməddindən üzr istəyib, amma qarşı tərəf bunu qəbul etməyib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrın 18-də baş verib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












