Məktəbdə yıxılan müəllimənin qolu qırıldı - Direktor 1000 manat cərimələndi

Beyləqan şəhər, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru 1000 manat cərimə edilib. Buna səbəb dərs zamanı müəllimənin məktəbdə yıxılaraq qolunun qırılması barədə müvafiq qurumlara məlumat verməməsi olub. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, məktəbin tarix müəlliməsi A.İmanova dərs vaxtı ayağı döşəməyə ilişərək yıxılıb. Bu zaman müəllimənin qol qırılıb. Müəllimənin yıxılmasına səbəb döşəmənin yararsız vəziyyətdə olması olub. Məktəbin direktoru Gülbəniz Cəfərova İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 manat məbləğində inzibati qaydada cərimə edilib. Buna səbəb müəllimənin xəsarət alması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməsidir. Direktor bu cərimədən narazı qalaraq məhkəməyə müraciət edib. G.Cəfərovanın şikayəti rədd edilib və cərimə cəzası qüvvədə saxlanılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












