“Mən şəxsən Rəqsanə və əri ilə görüşüb pulları vermişəm” - VİDEO

1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın işi üzrə zərərçəkmiş Məşədiəli Nağıyevin kürəkəni açıqlama yayıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gündüz Məmmədov açıqlamasında Rəqsanəyə qardaşı ilə birgə pul verdiyini deyib. G.Məmmədovun sözlərinə görə, müğənnidən əlavə, bu məsələdə həyat yoldaşı Fazil Əmiraslanov da rol oynayıb: “2022-ci ildə qayınatamın vətəndaşlığının bərpası ilə bağlı problemi yaranmışdı. Rəqsanə və həyat yoldaşı Fazil Əmiraslanov özləri bizə müraciət etdilər. Dedilər ki, bəs, Rusiyanın hüquq-mühafizə orqanlarında yüksəkrütbəli tanışlar var, sizin işinizi həll edə bilərik. Onların adından istifadə edərək bizdən 520 min dollar pul aldılar. Qayınatamdan əlavə bizim ailə də pul qoymuşdu. Həmin pulu Rəqsanə və ərinə şəxsən mən və qardaşım birlikdə vermişik. Üstündən uzun müddət keçdikdən sonra anladım ki, onların yüksəkvəzifəli tanışı yoxdur, bizi aldadıblar. Kifayət qədər sübutlarımız-səs yazıları, videoçəkilişlər var. Nə qədər onlarla dil tapmağa çalışdıq, amma nəticə əldə etmədik. Sonda hüquq-mühafizə orqanlarına müraciət etrmək məcburiyyətində qaldıq”.
G.Məmmədov əllərində olan bütün dəlil və sübutları istintaqa təhvil verdiklərini qeyd edib. Xatırladaq ki, Rəqsanə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu növ cinayətdə ən əsası zərərçəkmişə dəymiş ziyanın ödənilməsi yüngülləşdirici hal hesab edilir. Əks halda şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












