"Mərcan"da ölüm faktı araşdırılır, həkimin adı plastik cərrahların siyahısında yoxdur

Analitik Ekspertiza Mərkəzinə "Mərcan” klinikasında cərrahi əməliyyat olunmuş və daha sonra vəfat etmiş Rusiya Federasiyası vətəndaşı Arzu Sadıqova ilə bağlı vətəndaş müraciəti daxil olub. Müraciət əsasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” qanuna uyğun olaraq, müvafiq əsaslarla plandankənar yoxlama başlanıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə “Teleqraf”a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən xəbər verilib.
Bildirilib ki, plandankənar yoxlama zamanı, hər hansı bir hüquq pozuntuları aşkar edilərsə bununla bağlı müvafiq hüquqi tədbirlərin görülməsi üçün materiallar aidiyyəti dövlət orqanlarına təqdim ediləcək.
"Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən araşdırmanın məqsədi cərrahi əməliyyatı həyata keçirən Nigar Məmmədovanın peşəkər tibbi fəaliyyəti və "Mərcan” klinikasının tibbi xidmət göstərmək üçün qanunvericiliklə tələb olunan lisenziya və icazələrə malik olub-olmamasını müəyyənləşdirməkdir.
Qeyd edək ki, Xüsusi Təftiş Komissiyasının qərarına əsasən, Nigar Məmmədovanın adı "Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısı”nda yer almayıb.
Ölüm faktına gəldikdə isə, bu hal-hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, icazəsiz tibbi fəaliyyətin həyata keçirilməsi "Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq məsuliyyət yaradır".
Xatırladaq ki, Rusiya vətəndaşı olan Arzu Sadıqova "Mərcan" klinikasında ümumi cərrah eyni zamanda MedAura klinikasının baş həkimi Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












