Məşhur aktyora şok ittiham - Saxta polis nişanı ilə avtomobil qaçırıb - FOTO

Son dövrün populyar seriallarının ulduz aktyoru Emre Bulut inanılmaz bir ittihamla gündəmə çevrilib. Belə ki, tanınmış aktyor "saxta polis nişanı ilə avtomobil qaçırmaq" ittihamı ilə həbs edilib. Avtosfer.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə ictimaiyyəti şoka salıb. Hadisə Türkiyə ictimaiyyətində böyük səs-küy doğurub. "Hudutsuz Sevda", "Sipahi" və "Komutan" kimi layihələrdəki rolları ilə tanınan aktyorun 15 ildir tanıdığı, xəstəxanada çalışan A.U.-ya özünü "komissar" kimi təqdim etdiyi iddia olunur. Məlumata görə, Bulut polis nişanı göstərərək Amasyaya getmək üçün avtomobilini xahiş edib. A.U. isə maşının axşama qədər qaytarılacağına inanaraq ona təhvil verib. Lakin aktyor vəd edilən vaxtda avtomobili qaytarmayıb. Zənglərə cavab verməyən Bulutdan şübhələnən A.U. polisə müraciət edərək şikayətçi olub. Tokat Respublika Baş Prokurorluğu aktyora qarşı "etimaddan sui-istifadə" ittihamı ilə 6 aydan 2 ilə qədər həbs cəzası tələbi irəli sürüb.
İstanbul Əsas Cinayət Məhkəməsində hakim qarşısına çıxarılan Emre Bulut ittihamları qətiyyətlə rədd edib:
"Avtomobili sadəcə bir günlük işim olduğu üçün istədim və o, öz xoşu ilə verdi. Mən heç vaxt komissar olduğumu deməmişəm, aktyoram və hamı məni belə tanıyır. Maşını həmin gün gecə saat 12-də geri qaytardım".
Bulut polis nişanını niyə üzərində gəzdirdiyi barədə suala isə "aktyor olduğum üçün daşıyıram" cavabını verib və bəraət istəyib. Məhkəmə onun ifadəsini nəzərə alaraq azadlığa buraxılmasına qərar verib. Lakin istintaq hələ də davam edir.



Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












