Məxfi hərbi sənədlər zibil qutusundan tapılıb

Böyük Britaniyanın Nyukasl şəhərinin küçələrinin birində yerdə səpələnmiş yüzlərlə səhifəlik məxfi hərbi sənədlər tapılıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə BBC yayım korporasiyası məlumat yayıb.
Qeyd olunub ki, sənədlər zibil torbasının yanında olub. Böyük Britaniya Müdafiə Nazirliyi martın 16-da baş verən insidentin “təcili olaraq” araşdırıldığını bildirib. Nazirlik aşkar edilmiş sənədlərin idarənin nümayəndələrinə təqdim edildiyini təsdiqləsə də, əlavə açıqlama verməyib.
Sənədlərdə Britaniya hərbçilərinin adları, şəxsiyyət vəsiqələri və əlaqə məlumatları, silahların verilməsi və vəzifə tapşırıqları olub. Bəzi sənədlər “məxfi” olaraq qeyd olunub.
Hökumətin təsnifatına görə, bu cür məlumatlar düşmən şəxslərin əlinə keçərsə, bu, London və onun müttəfiqləri üçün qısamüddətli, bəzi hallarda isə hərbçilərin həyatı üçün təhlükə yarada bilər. Sənədlərdən biri “Arsenalın Açarları və Təhlükəsizlik Sisteminin Kodları” adlanıb.
“BBC”nin məlumatına görə, sənədlər Şimali Yorkşir qraflığında yerləşən Britaniya Quru Qüvvələrinin ən böyük bazası olan Ketterik qarnizonuna aid ola bilər.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












