Milyarder fırıldaqçılıqda ittiham edilir

Afrikanın beş ölkəsindən ibarət qrup Fransanın aparıcı sahibkarlarından biri, milyarder Vensan Bolloreyə qarşı saxtakarlıq və korrupsiya ittihamı ilə məhkəməyə müraciət edib.
Avtosfer.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qana, Qvineya, Kot-d'İvuar, Kamerun və Toqo Bollore və onun oğullarından birinin qitədəki dəniz limanlarını idarə etmək üçün qeyri-qanuni güzəştlər aldığını və bundan qanunsuz olaraq varlandığını iddia edir.
Milyarderin 2022-ci ildə satdığı “Bollore” şirkətinin liman və logistika bölməsi Afrikanın 20 ölkəsində 20 mindən çox işçiyə sahib idi, qitədə anbarları və digər nəqliyyat mərkəzləri olan 16 limanı idarə etdi. Bollorenin kiçik oğlu Siril, 2019-cu ildə atasından miras alaraq bölməyə rəhbərlik edib.
“Afrika üçün restitusiya” şüarı altında birləşən beş ölkə Bollore və onların şirkətlərini limanların idarə olunmasından qanunsuz gəlir əldə etməkdə və logistika biznesinin satışı ilə pulların yuyulmasında ittiham edir. Müstəntiqlər həmçinin Bollore şirkətinin Lome və Konakri limanlarında güzəştlər müqabilində 2010-cu ildə Toqoda Fora Qnassinqbe və Qvineyada Alfa Kondenin prezidentlik kampaniyalarını qanunsuz dəstəklədiyinə dair iddiaları araşdırır.
“Forbes” jurnalının məlumatına görə, Bollore ailəsinin sərvəti 9,9 milyard dollar olaraq qiymətləndirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












