Mingəçevirdə ər-arvadın ölümünün yeni detalları və SON MESAJ

Ötən gün Mingəçevirdə evdə xanımı ilə birgə meyiti aşkarlanan 64 yaşlı kişi Rusiya vətəndaşı imiş.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə dünən şəhərin 20 Yanvar küçəsi, 6 ünvanında yerləşən həyət evində baş verib.
Həmin ünvandakı evdə meyitləri aşkarlanan 1961-ci il təvəllüdlü Mustafa Babayevin və onun 1962-ci il təvəllüdlü xanımı Sayalı Babayevanın ölümü ilə bağlı yeni təfərrüat məlum olub.
Mərhum Mustafa Babayevin qudası - yeganə qızının qayınatası Nuraləm Əsgərovun verdiyi məlumata görə, bir oğul və bir qız övladı olan cütlük mehriban və xoşbəxt yaşayıb. Rusiya vətəndaşı olan Mustafa Babayev 30 il orada fasiləsiz yaşayıb, ailəsi üçün xoş güzəran yaradıb.
Ailənin xoşbəxtliyi iki ay öncə pozulub. Ailənin Rusiyada yaşayan yeganə oğul övladı Murad münaqişə zəminində tacik millətindən olan cinayətkarlar tərəfindən qətlə yetirilib. Mərhumun meyiti Mingəçevirə gətirilərək dəfn olunub.
Mayın 1-də Muradın 40 günlük yas mərasimi keçirilib.
Yaxınlarının sözlərinə görə, övlad itkisi ata-ananın dərin üzüntüsünə səbəb olub. Onsuz da, xəstə olan ana infarkt keçirib.
Dünən Sayalı Babayeva növbəti dəfə infarkt keçirərək vəfat edib. Həyat yoldaşının öldüyünü görən Mustafa Babayev qudası Nuraləm kişiyə və dostuna qısa məzmunlu mesaj yazıb:
"Oğlum vaxtsız getdi, Sayalım da öldü. Daha yaşamağa həvəsim yoxdur. Salamat qalın, mən gedirəm. 15 dəqiqə sonra gələrsiniz bizə".
Mesajı göndərdikdən dərhal sonra Mustafa Babayev həyətdə özünü asaraq öldürüb.
Mesajı alan quda, kürəkən və digər doğmalar tələsik özlərini həmin ünvana çatdırsalar da, ər-arvadı ölmüş vəziyyətdə aşkar ediblər.
Qeyd edək ki, ailədən yeganə sağ qalan ailəli qız övladıdır. Rusiyada qətlə yetirilmiş Murad subay olub.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












