Molla və seyid adı altında fırıldaqçılıqla məşğul olanlar: "Ağanın bildiyini həkim bilmir" - VİDEO

Molla və seyid adı altında fırıldaqçılıqla məşğul olan şəxsləri ifşa edilib.
Avtosfer.az xəbər verir ki, hacı Ədalət - özünü molla kimi təqdim edən bu şəxsin qəbuluna hər gün ən azı yüzdən çox insan gəlir.
Hamı da dərdinə dərman olsun deyə ondan mədət umur. Bu yaxınlarda adıçəkilən şəxsin fəaliyyəti barədə TV-nin qaynar xəttinə müraciət daxil olub. Kanal onun barəsində səsləndirilən iddiaların nə dərəcə həqiqətə uyğun olmasını araşdırıb. Əməkdaş məkana əvvəlcə sıravi vətəndaş kimi daxil olub və molla onun problemi ilə bağlı "həll üsulu" təklif edib. Daha sonra müxbir özünü TV-nin əməkdaşı kimi təqdim edib, yenidən onunla danışmaq istəyəndə qapını üzünə bağlayaraq hədə-qorxu gəlib.
Növbəti dəfə döyülən qapı isə özünü seyid kimi təqdim edən bir şəxs olub. Kimi övlad sahibi olmaq, kimi ailəsində problemləri həll etmək, kimi ağır xəstəlikdən sağalmaq üçün buraya pənah gətirir. Çarəni seyidin ocağında tapacağına ümid edən insanların inamını ələ almağı bacaran bu şəxs isə birinə dua yazır, digərinə vergili olduğunu iddia etdiyi əlləri ilə toxunur. "Biz insanlara xidmət edirik. Ona görə buraya gəlirlər ki, həkimlərin bilmədiyini ağa bilir", - deyə Seyidin oğlu TV-yə açıqlamasında söyləyib.
Özünü "dindar" kimi təqdim edərək insanların çarəsizliyini, son ümidini maddi qazanca çevirən bu şəxslərlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu ünvanlanıb. Aydın olub ki, həmin şəxslər tamamilə qanunsuz fəaliyyətlə məşğuldurlar. Nə din xadimi kimi qeydiyyatdan keçiblər, nə vergi ödəyirlər, nə də dedikləri kimi qeyri-adi istedadları var.
Ətraflı Baku TV-nin süjetdə:
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










