Müştərini "Tarqovı"dan Nəsimiyə 700 manata apardı - Həbs edildi

Bakıda içkili müştərinin 7 manat təşkil edən gediş haqqına görə kartından 700 manatı özünə göndərən taksi sürücüsü həbs edilib.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1996-cı il təvəllüdlü taksi sürücüsü və "ayıq sürücü" kimi də xidmət göstərən Orxan H. barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Şakir adlı şəxs Səbail rayonu, "Tarqovı" kimi bilinən ərazidə yerləşən restoranların birində spirtli içkidən istifadə edib. Evinə getmək üçün təxminən saat 05:15 radələrində 7 manata taksi fəaliyyəti ilə məşğul olan Orxan H.-nın avtomobilinə əyləşib.
Təqsirləndirilən şəxs müştərini "Tarqovı"dan yaşadığı Nəsimi rayonu, A.Məhərrəmov küçəsinə aparıb. Zərərçəkmiş şəxs üzərində nağd pul olmadığı üçün mobil telefondakı tətbiq vasitəsilə kartdan karta köçürməklə ödəniş etmək istəyib. Spirtli içkinin təsiri altında olduğu və gözü yaxşı görmədiyi üçün telefonunu taksi sürücüsünə verib və bank tətbiqindən öz kartına 7 manat ödəniş etməsini xahiş edib. Sonra isə ödəniş əməliyyatına baxmadan həmin şəxslə sağollaşaraq mənzilə qalxıb.
Bir gün sonra əməliyyat tarixçəsinə baxarkən kartdan başqa bir karta 700 manat pul köçürüldüyünü aşkar edib. Məlum olub ki, özünü Orxan kimi təqdim edən taksi sürücüsü 7 manat əvəzinə 700 manatı başqa bir kart hesabına köçürüb. Bu əməliyyat zamanı 7 manat komissiya haqqı da çıxılıb. O, Orxanla əlaqə saxlayaraq pulu geri qaytarmasını tələb etsə də, sonuncu pulu xərclədiyini bildirərək bundan imtina edib.
Şakir polisə şikayət edib və sürücü saxlanılıb. Məhkəmənin qərarı ilə, Orxan H.ya 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












