Müştərinin kartından oğurluq edən administrator saxlanılıb

Restoranda müştərinin bank kartından oğurluq edən administrator saxlanılıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən restoranların birində qeydə alınıb. Restoranda yemək yeyən şəxs hesabı kartla ödəmək istədiyini bildirib. Restoranın administratoru isə onlarda post-terminalın olmadığını deyib və pulu yaxınlıqdakı bankomatdan çıxarmaq üçün müştəridən kartını ona verməsini istəyib. Müştəri isə maddi vəsaiti çıxarmaq üçün bank kartını və şifrəni administratora verib. Sonradan zərərçəkən kartından ödənişlə birlikdə ümumilikdə 1006 manatının çıxarıldığını aşkar edib.Zərərçəkənin şikayətindən sonra əməli törədən restoranın administratoru - 42 yaşlı G.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












