Naməlum şəxs iki nəfəri bıçaqlayıb - Sumqayıtda

Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqlayıb. Avtosfer.az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb. Naməlum şəxs aralarında baş vermiş münaqişə zəminində Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna bıçaqla xəsarət yetirib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
***
10.05.2025-ci il tarixində saat 11:40 radələrində 2 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, bud çanaq oynağı və bud nahiyəsinin açıq yarası diaqnozu təyin edilən 1972-ci il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilən digər şəxsə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
***
Sumqayıt şəhərində iki qohuma bıçaqla xəsarət yetirmiş şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Avtosfer.az “Report”a istinadən məlumat verir ki, Sumqayıt şəhərində iki nəfərə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 29 yaşlı R.Şərifov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












