Narkotikdən ölüm halları yüksək səviyyədə qalmaqdadır - 2137 nəfər ölüb

Ötən il Almaniyada birbaşa narkotiklərdən istifadə nəticəsində 2137 nəfər ölüb. Avtosfer.az “Azərtac”a istinadla bildirir ki, bu barədə narkotik üzrə yeni federal komissar Hendrik Strik məlumat verib.
H.Strik bu rəqəmin əvvəlki illə müqayisədə 90 nəfər az olmasına baxmayaraq, xüsusilə yaşı 30-dan az olan gənc istifadəçilər arasında ölüm hallarının 14 faiz artmasının dərin narahatlıq doğurduğunu bildirib. Komissarın məlumatına görə, əksər hallarda ölümə birdən çox narkotik maddənin eyni vaxtda istifadəsi səbəb olub. Belə narkotiklər arasında kokain, heroin və kannabisin qarışığı xüsusi qeyd olunub. Həmçinin ölən şəxslərdə aşkarlanan maddələrin sayının heç vaxt indiki qədər çox olmadığı da bildirilib.
Xüsusilə sintetik opioidlərlə bağlı ölüm hallarının sayında kəskin artım qeydə alındığını vurğulayan komissar bu artımı Əfqanıstanda hakimiyyətdə olan Taliban rejiminin tətbiq etdiyi tiryək qadağası ilə əlaqələndirib. Onun sözlərinə görə, əvvəllər əfqan tiryəyi ilə təmin olunan narkotik maddələr indi laboratoriyalarda hazırlanan sintetik opioidlərlə əvəz olunur.
H.Strik yaranmış vəziyyətin ciddiliyi barədə xəbərdarlıq edərək hazırda pandemik dinamikaya bənzər vəziyyətin yarandığını vurğulayıb: “Əgər diqqətli olmasaq, bu inkişaf bir neçə il içində sağlamlıq və cəmiyyət üçün kəskin fəsadlara səbəb olacaq dərin böhrana çevriləcək”. O, bunun üçün ölkə miqyasında tətbiq oluna biləcək monitorinq və xəbərdarlıq sisteminin qurulmasının, peşəkar və əlçatan yardım xidmətinin təşkilinin və geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini qeyd edib.
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










