Naxçıvanda 13 dönərxanada nöqsanlar aşkarlandı - FOTO

Naxçıvan Muxtar Respblikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən dönər satışı həyata keçirilən qida obyektlərində bayram günlərində qida zəhərlənmələrinin qarşısının alınması məqsədi ilə növbəti dövlət nəzarəti tədbirləri həyata keçirilib. Agentlikdən Avtosfer.az-a bildirilib ki, muxtar respublikanın müxtəlif ərazilərində baş tutan nəzarət tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi aparılıb. Dövlət nəzarəti tədbirləri nəticəsində muxtar respublikada fəaliyyət göstərən 48 dönərxanada monitorinqlər keçirilib.
Monitorinqlər zamanı aşağıda adları qeyd olunan dönərxanalarda nöqsanlar aşkar edilib:
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 46 ünvanında fəaliyyət göstərən “Dan Yeri Kafe”;
- Naxçıvan şəhəri, Nizami küçəsi, Əcəmi seyrəngahında fəaliyyət göstərən “Tac Dönər”;
- Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində fəaliyyət göstərən “Qızılay” restoranı;
- Naxçıvan şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Sizin Kafe” ;
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən Babayev Nizami Abbas oğluna məxsus dönərxana;
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi fəaliyyət göstərən Kərimov Əhməd Məhəddin oğluna məxsus dönərxana;
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən Abbasov İlqar Tağı oğluna məxsus dönərxana;
- Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən Xəlilov Məmməd Əli oğluna məxsus dönərxana;
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən “Tac Dönər”;
- Naxçıvan şəhəri, Atabəylər küçəsində fəaliyyət göstərən “Real Dönər”;
- Naxçıvan şəhəri, Əliabad qəsəbəsində fəaliyyət göstərən Vəliyev Xəyal Əbülfət oğluna məxsus dönərxana;
- Naxçıvan şəhəri, Əlincə məhəlləsində fəaliyyət göstərən “Nənəmin Təndiri Dönər”;
- Şərur şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Ailə Dönər”.
Aparılmış monitorinqlər zamanı dönərxanalarda əvvəlki tarixdə bişirilmiş bişmiş dönərin yenidən istehlakçıya təqdim olunması üçün soyuducuda saxlanıldığı, üzərində heç bir etiket məlumatları olmayan, yararlılıq müddəti bitmiş məhsullardan istifadə edildiyi, temperatur rejiminə əməl olunmadığı, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib.
Bunun nəticəsi olaraq 21.745 kq bişmiş toyuq əti dönəri, 2.5 kq bişmiş mal əti dönəri, 4.8 kq bibər turşusu, 10.135 kq mayonez məhsulları şübhəli hesab olunduğu üçün, 1 paket göbələk, 13 ədəd “Didi” və 3 ədəd “Sarıkız” markalı alkoqolsuz qazlı içkilər yararlılıq müddəti bitdiyi üçün toxunulmazlığı təmin edilib, 8 halda bişmiş toyuq əti dönəri, 1 halda bişmiş mal əti dönəri, 2 halda mayonez və 2 halda bibər turşusundan nümunələr götürülərək sınaqların aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Qida Sınaq Laboratoriyasına təqdim edilib.
Agentlik tərəfindən yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Müvafiq araşdırmalar və aparılan monitorinqlərin növbəti nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.




Seldə köməksiz qalmışdı - Vətəndaşlar xilas etdi - VİDEO
Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR
Nəsimidə nəhəng ağac “BYD”nin üzərinə düşdü - VİDEO
Bakıda piyadanın təhlükəli manevri: 10 zolaqlı yolda ölümə meydan oxudu - VİDEO
Sumqayıtda TƏHLÜKƏ: Azyaşlıları təhdid edən şəxslə bağlı ARAŞDIRMALARA BAŞLANILDI - VİDEO - YENİLƏNİB
Bakıda ağac avtomobilin üstünə aşdı - FOTOLAR - YENİLƏNİB
Maşını zibil yeşiklərinin yanında saxlayan sürücünü belə cəzalandırdılar - VİDEO
Bakıda Hərbi Prokurorluğun yaxınlığında avtomobil yanır
Keşlədəki hadisəyə səbəb kollektorun üstündə tikilən ev imiş - Sökülməldir
Avtomobil izdihama çırpılıb, 15 nəfər xəsarət alıb
Badamdar ərazisində sürüşmə təhlükəsi yaranıb - Yol bağlandı - FOTO - VİDEO










