Naxçıvanda son altı ayda cinayətlərin 97 faizi açılıb

Naxçıvan Muxtar Respublikası prokurorunun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatı və tabe rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2025-ci ilin birinci yarımili ərzində görülən işlərə dair əməliyyat müşavirəsi keçirilib.
Avtosfer.az xəbər verir ki, giriş nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev müasir prokurorluq orqanlarının formalaşmasında və inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına diqqət və qayğısından bəhs edib.
Sonra Muxtar Respublikada cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti, əldə olunmuş nailiyyətlər, yol verilmiş nöqsanlar müzakirə edilib.
Naxçıvan Muxtar Respublikasının prokuroru 2025-ci ilin I yarımili ərzində prokurorluq və digər hüquq-mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat orqanları tərəfindən görülmüş işlərin vəziyyəti barədə ətraflı məruzə ilə çıxış edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikada qeydə alınmış cinayət hadisələrinin sayının əsasən sabit qaldığını, daxili işlər, eləcə də dövlət təhlükəsizlik orqanları ilə birgə səmərəli əməkdaşlıq nəticəsində cinayətlərin açılmasının 97% təşkil etdiyini qeyd edərək, həm prokurorluq, həm də digər hüquq-mühafizə orqanlarında təhqiqat və istintaqın keyfiyyətinin daha da artırılması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Həmçinin qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında müraciətlərə baxılması işinin keyfiyyətcə yeni səviyyəyə qalxması, müraciətlərə baxılması prosesi üzərində nəzarətin gücləndirilməsi, hüquqi təbliğat və profilaktiki söhbətlər nəticəsində 2024-cü ilin birinci yarımili ilə müqayisədə 2025-ci ilin müvafiq dövründə daxil olan müraciətlərin sayı azalıb və bundan sonra da vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, davamlı olaraq bu sahədə profilaktiki tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılmalıdır.
Həmçinin, müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini ədliyyə müşaviri Amil Rəhimov prokurorluq və digər hüquq-mühafizə orqanlarının istintaq və təhqiqat qurumlarında cinayət işləri və araşdırma materialları üzrə səmərəliliyin və keyfiyyətin artırılması istiqamətində butün zəruri tədbirlərin görüləcəyini bildirib.
Məruzə ətrafında çıxışlar və müzakirələrdən sonra əməliyyat müşavirəsinə yekun vuran Sənan Paşayev muxtar respublikanın prokurorluq orqanlarının bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
Sumqayıtda avtomobil təmiri sexi yandı - VİDEO
Kiberpolis əməliyyat keçirdi: SAXLANILANLAR VAR - VİDEO
Saxta tarixi məkan düzəldən şəxsə həbs və cərimə cəzası - FOTO
Maşinistsiz qatarlar toqquşdu - 18 İLDƏ İLK DƏFƏ
Tovuzda DƏHŞƏTLİ QƏTL - Öldürülən qadının və tutulan qohumun FOTOLARI - YENİLƏNİB
“BMW” yanıb kül oldu - FOTOLAR
Avtomobilini baha satmaq istədi: 11 min manat CƏRİMƏLƏNDİ
Zərdabda 1 hektarlıq ərazini yandıran şəxs saxlanıldı - FOTO
Süni intellekt 5 nəfəri ölümdən xilas etdi
Azərbaycanın ilk ödənişli yolunda sürücüləri təngə gətirən problemlər - RƏSMİ AÇIQLAMA










