Nazirlik Samuxun Alıuşağı kəndində baş vermiş hadisə ilə bağlı məlumat yaydı

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə daxil olmuş məlumat əsasında Samux rayonunun Alıuşağı kəndində yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhə yaradan hadisə ilə əlaqədar Gəncə şəhər və Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri (HSBX) idarələrinin əməkdaşları tərəfindən təsərrüfatda ilkin epizootoloji araşdırma və baytarlıq tədbirləri həyata keçirilib.
Bu barədə Avtosfer.az-a Nazirlikdən məlumat verilib.
Qeyd olunur ki, hadisə yerində təsərrüfatdakı heyvanlara klinik baxış keçirilib, termometriya aparılıb. Ərazi və heyvanların saxlanıldığı sahələrdə dezinfeksiya tədbirləri görülüb, giriş hissəsində dezinfeksiya baryeri hazırlanaraq müvafiq dezinfeksiyaedici məhlulla təmin edilib. Eyni zamanda, xəstəliyin mümkün yayılma riskinin qarşısının alınması məqsədilə təsərrüfat ərazisinə heyvan və nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.
Hazırda təsərrüfatda saxlanılan 3 baş iribuynuzlu heyvanda bədən temperaturunun yüksəlməsi müşahidə edilib, həmin heyvanlara baytarlıq mütəxəssisləri tərəfindən zəruri müalicə tədbirləri aparılıb. Bununla yanaşı, hazırkı mərhələdə canlı heyvanlardan laborator müayinə üçün nümunələr götürülməyib. Laborator müayinə məqsədilə məcburi kəsilmiş heyvanın ətindən və hadisə yerindən torpaq nümunələri götürülüb. Bu səbəbdən təsərrüfatda saxlanılan canlı heyvanlarda müşahidə olunan klinik vəziyyətin qarayara xəstəliyi ilə əlaqəli olduğu hazırda laborator müayinələrlə təsdiqlənməyib. Xəstəliyin mövcudluğu və epizootoloji vəziyyət barədə yekun qiymətləndirmə müvafiq laborator müayinələrin nəticələri və sonrakı klinik müşahidələr əsasında təsdiq oluna bilər.
Təsərrüfatda epizootik vəziyyət nəzarətdə saxlanılır, heyvanların klinik vəziyyətinin müşahidəsi və zəruri baytarlıq-sanitariya tədbirləri davam etdirilir.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi ilə xidməti müqavilə əsasında fəaliyyət göstərən baytarlıq mütəxəssisləri tərəfindən Gəncə şəhəri və ətraf ərazilərdə, həmçinin Samux rayonu ərazisində xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı profilaktik tədbirlər həyata keçirilir. 2026-cı ilin birinci yarısında dabaq, qarayara, infeksion nodulyar dermatit, xırdabuynuzlu heyvanların çiçəyi, quduzluq və digər xəstəliklərə qarşı planlı peyvəndləmə tədbirləri aparılıb.
Bakıda şok olay: Ərinin xəyanətini öyrəndi, maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB
Yolun ortasında gəzən yaşlı kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO - YENİLƏNİB
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO
Marketin qarşısında dayanan şəxsi avtomobil vurdu
Balkondan düşmək üzrə olan uşağı belə xilas etdi - VİDEO
Sumqayıtda doğum evində yanğın: Təxliyə başladı - FOTO










