Nazirliyin qəbul otağında məmura hücum edən qazilərə hökm oxundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşların qəbulu sektorunun müdiri Malikə hücum edən şəxslərlə bağlı məhkəmə qərarı elan edilib.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1992-ci il təvəllüdlü Mehrab və 1989-cu il təvəllüdlü Fuad barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq törətmə) maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb. Hər iki şəxs Beyləqan rayonunun Qəhrəmanlı kənd sakini və II Qarabağ müharibəsinin iştirakçısıdır.
Mehrab müharibə zamanı kəllə-beyin travması, Fuad isə bədəninin müxtəlif nahiyələrindən beş güllə və otuz qəlpə yarası alıb. Onlar əlillik dərəcəsi almaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiklərini, lakin bu müraciətin rədd edildiyini bildiriblər. Bu səbəbdən 2024-cü il dekabrın 23-də nazirliyə gedərək vətəndaşların qəbulu sektorunun müdiri Maliklə görüşüblər.
Qazilər əlillik dərəcəsinin verilməməsindən və prosesin ləngidilməsindən narazılıqlarını bildiriblər. Məmur isə onlara əlillik dərəcəsinin, qanunvericiliyə əsasən, düşmədiyini və bu statusun verilməsinin mümkün olmadığını deyib.
Bu cavabdan narazı qalan Mehrab Malikə hər iki əli ilə sinə nahiyəsindən zərbə endirərək onu yıxıb. Daha sonra hər iki şəxs qəbul otağında quraşdırılmış kondisioneri və "Zimmer" markalı televizorun ekranını yumruqla sındırıb.
Məhkəmənin hökmü ilə Mehrab və Fuad həbsdə olduqları 25 gün nəzərə alınmaqla, 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Onlar bu müddət ərzində elektron nəzarət qolbağı ilə müşahidə olunacaqlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi mülki iddia qismən təmin olunub. Məhkəmənin qərarı ilə dəymiş 889 manat məbləğində maddi ziyan Fuaddan tutulacaq.
Bu şəxslər insan alverinə görə axtarılır - SİYAHI - FOTOLAR
Prospektdə qayda pozuntusu davam edir: Piyadalar işıqfora məhəl qoymur - VİDEO
Bakıda "BakuBus" avtobusu YANIB? - RƏSMİ - VİDEO - YENİLƏNİB
43 yaşlı kişini maşın vurub öldürdü
Narkotik qəbul edənlər taksinin yolunu kəsdi – Sürücü bibər qazı ilə cavab verdi - VİDEO
Bakıda “Hyundai” alışıb yandı - VİDEO
Goranboyda itin boğazına kəndirlə təkər bağlayan şəxs CƏZALANDIRILDI - VİDEO
Türkiyədə daha bir məktəbə silahlı hücum - Ölən var - VİDEO
Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş - VİDEO
Əhməd Rəcəbli küçəsində yol çökdü, təhlükəli vəziyyət yarandı - FOTO
Murad Arifin musiqiçilərinin maşınını sel apardı - VİDEO








