Nizami metrosunun yaxınlığında yol çökdü - FOTO

Paytaxtın mərkəzi ərazilərindən birində yol infrastrukturu ilə bağlı ciddi problem yaranıb.
Avtosfer.az xəbər verir ki, Nizami metrosundan yuxarı hissədə, Cəfər Cabbarlı küçəsinin yaxınlığında yerləşən məhəllədaxili yolda çökmə baş verib.
Ərazidə çəkilən görüntülərdən də aydın olur ki, son günlər yağan aramsız yağışlardan sonra yolun bir hissəsi tamamilə dağılıb, asfalt örtüyü yararsız hala düşüb. Nəticədə həm piyadaların, həm də avtomobillərin hərəkəti xeyli çətinləşib.
Sakinlərin sözlərinə görə, sözügedən küçə məhəllədaxili olsa da, gündəlik çoxlu sayda avtomobil bu yoldan istifadə edir. Bu isə çökmüş hissədə qəza riskini daha da artırır.
“Yağışdan sonra vəziyyət lap pisləşdi. Yol demək olar ki, yararsızdır. Maşınla keçmək təhlükəlidir, piyadalar üçün isə ümumiyyətlə risklidir”, - deyə ərazi sakinlərindən biri bildirib.
Sakinlər yaranmış problemin qısa müddətdə aradan qaldırılmasını və ərazidə təmir işlərinin aparılmasını tələb edirlər. Yolun çökən hissəsi doldurulsa da, sakinlər yağış yağdıqdan sonra yolun yenidən çökməsindən ehtiyat edirlər. Buna görə də ərazidə yaşayan insanlar yolun əsaslı təmirini istəyirlər./sfera.az


Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












