Növbəyə görə kişinin gözünü çıxardı - Altı il həbs cəzası aldı

Ötən ilin mayında Gəncə şəhərində 1975-ci il təvəllüdlü Emin Məmmədovun gözünü çıxaran şəxsə hökm oxunub.
Avtosfer.az xəbər verir ki, 1984-cü il təvəllüdlü Elçin Fərhadzadə Cinayət Məcəlləsinin 126.2.4-cü (Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə hadisəni törətməkdə təqsirli bilinib.
Məlum olub ki, həmin gün saat 20 radələrində Elçin Gəncə şəhər Azərbaycan küçəsində yerləşən ödəmə terminalına yaxınlaşıb. O, terminalın qarşısında növbə tutan Emindən yerlərini dəyişdirməyi istəyib. Lakin Emin növbəsini Elçinə güzəştə getməyib. Bundan sonra Elçin Eminin terminaldan pul çıxarmaq istədiyini görüb və ona terminalda nağdlaşdırma funksiyasının olmadığını deyərək irad bildirib. Tərəflər arasındakı mübahisə daha sonra terminaldan kənarda davam edib. Bu zaman Elçin yumruqla Eminə zərbələr endirib. Nəticədə Eminin eynəyi sınaraq sağ gözünə batıb.
Ekspertiza Eminə gözünün buynuz qişasının dəlib keçmiş yaralanması, gözün möhtəviyyatının tökülməsi, hemoftalm, göz qapaqlarının, alt dodağın yaraları ilə müşayiət edilən sağ gözdə görmənin itirilməsi ilə əlaqədar ümumi əmək qabiliyyətinin üçdəbir hissəsindən çox olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan xəsarətlər diaqnozu qoyub.
Məhkəmədə Emin Məmmədov artıq Elçini bağışladığını və onunla barışdığını bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Elçin Fərhadzadəyə 6 il həbs cəzası verilib.
(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












