“Oğluna atasız qız almaq istəməyən” aparıcıya görə araşdırma başlanıldı

"Kanal S" televiziyasının aparıcısı Nigar Fərhadın efirdə səsləndirdiyi fikirlər ictimaiyyət tərəfindən tənqidlə qarşılanıb.
Avtosfer.az xəbər verir ki, aparıcı "Sözün bitdiyi an" proqramında aşağıdakı fikirləri səsləndirib:
"Mənim oğlum olsa, ona atası olmayan bir qızı ala bilmərəm, çünki mən elə doğulduğum ailədən görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabeçiliyini anlamayan qadın heç vaxt heç kəsin oğlunu xoşbəxt edə bilməz".
Bu fikirlər sosial şəbəkə platformalarında geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri aparıcını tənqid edərək onun çıxışını efirə uyğun hesab etmədiklərini bildiriblər.
Məsələ ilə bağlı Audiovizual Şuradan Oxu.az-a bildirilib ki, aparıcının çıxışı ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və ictimaiyyətə açıqlama veriləcək.
"Kanal S" televiziyasında yayımlanan "Sözün bitdiyi an" proqramında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq", - deyə məlumatda bildirilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












