"Oğru aləmi" ilə əlaqəli 13 nəfər həbs edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Tbilisi, Lançxuti və Batumidə “oğru aləmi” ilə əlaqəli 13 nəfər həbs edilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb.
Bildirilib ki, “qanuni oğru” hesab olunan şəxs də daxil olmaqla 2 nəfərə qarşı ittiham irəli sürülüb.
Qurumun məlumata görə, hüquq mühafizə orqanları tərəfindən aparılan intensiv araşdırmalar, o cümlədən hakimin qərarı əsasında həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxslərin kriminal avtoritetlərlə əlaqədə olduqları, onların tapşırıqlarını yerinə yetirdikləri, “oğru dünyası”nın fəaliyyətlərində fəal iştirak etdikləri müəyyən edilib.
Saxlanılan şəxslər “oğru söhbəti” ilə hədə qorxu gəlməklə, şəxsi kriminal təsir imkanlarından istifadə etməklə və qanunsuz hərəkətlərlə, habelə nüfuz qazanmaq məqsədi ilə həm özlərinin, həm də başqalarının mənfəətini əldə etmək məqsədilə Quriya vilayətində və Lançxuti bələdiyyəsində “oğru dünyası”nın fəaliyyətini həyata keçiriblər.
Polis təqsirləndirilən şəxslərin evlərinə baxış keçirərək, onların bir-biri ilə və xaricdəki “qanuni oğru”larla əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonları, habelə odlu və soyuq silahlar, patronlar, partlayıcı qurğular, narkotik vasitə olan “marixuana” və pul vəsaitlərini dəlil kimi götürüb.
Faktla bağlı cinayət işi açılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












