Oğuzda toyda dava - İki qardaş döyüldü

Oğuz rayonunda toyda dava olub.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Xaçmaz kəndi ərazisindəki şadlıq evlərindən birində baş verib. Kənd sakini Əlvan adlı şəxs toyda əvvəldən küsülü olduğu Etibar adlı qohumu ilə rastlaşıb. Onlar toyda barışıblar.
Amma onların bu barışığı çox çəkməyib. Əlvan toyda spirtli içki qəbul edəndən sonra Etibarı pivə içməyə dəvət edib və Etibar da təklifi qəbul edib.
Yeni barışan qohumlar şadlıq sarayının həyətindəki kafeyə gedib, hər biri 6 bakal pivə içdikdən sonra aralarında yenidən mübahisə baş verib . Mübahisə nəticəsində Əlvan Etibarı vurub, yerə yıxıb və onun bədəninə zərbələr endirib. Hadisə yerinə gələn, Etibarın qardaşı İlqar mübahisəyə müdaxilə etmək istəyərkən Əlvan İlqarı da döyüb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.
Məhkəmə tərəflər arasında barışıq olduğunu nəzərə alaraq Əlvana 1000 manat cərimə kəsib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












