Ölkəyə qızıl külçə keçirən gömrükçülər həbsdən buraxıldı

Dubaydan Azərbaycana qaçaqmal yolu ilə 190 min manatlıq qızıl keçirməkdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Bu iş üzrə üç nəfər - Dövlət Gömrük Komitəsinin əməkdaşları Pərvin Dursunəliyev, Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimov mühakimə edilib. İstintaq materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər 190 min manatlıq 5 ədəd qızıl külçənin qaçaqmal yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçiriblər. Təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb. Amma Aytən Əliyevanın sədrlik etdiyi hakimlər müttəhimlərin həbsdə qalmasına ehtiyac görməyib. Onlara münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhrumetmə) maddəsi təyin edilib. P.Dursunəliyev, M.Mehdiyev və Ə.İbrahimov 10 ay sonra məhkəmə zalından azadlığa buraxılıblar.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












