Ölkəyə saxta dollar gətirən qadına hökm oxundu

Hadisə 22 İyul 2024 11:47 Oxunub 314
Ölkəyə saxta dollar gətirən qadına hökm oxundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova- Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə təqsirli bilinən Səadət Niyaz qızı Məmmədovaya hökm oxunub.

Avtosfer.az xəbər verir ki, ilk olaraq Səadət Məmmədovanın vəkili Vüqar müəllim çıxış edib: İttiham aktında şahidlər deyir ki, bəli Səadət xanımla bir yerdə gedib pul gətiriblər. Səadət xanım sadəcə gətirdiyi pulu həmin şəxslərə verib. Səadət xanım kimi bir neçə nəfər ölkəyə pul gətirib, ancaq hamısı azadlıqdadır. Təqsirləndirilən şəxsdən ilkin ifadə belə təzyiq altında alınıb. Mülki iddiaçılara da günahı olmaya-olmaya pul ödəyib. Cinayət Prosessual Məcəllədə də şahidin dindrilməsi nəzərdə tutan maddələr var. Ancaq bizim dediyimiz şahid məhkəməyə gətirilmədi. Təqsirləndirilənin oğlu Həsən anadangəlmə serefral iflicdir, 2-ci qrup əlildir. İş üzrə bir mənalı şəkildə bəraət hökmü çıxarılmalıdır. Heç olmasa 70-ci maddə tətbiq edilsin. Başa düşürük qadın maddi gəlir əldə etmək istəyib".

Səadət Məmmədova son sözlə çıxış edərək bildirdi ki, gətirdiyi pulun təhlükəli olduğunu bilsəydi, onu açıq formada gömrük postundan keçirməzdi: "Mən bir kuryer kimi o pulu gətirmişəm. Mənə cinayətimə görə cəza verməyinizi xahiş edirəm, bəraət hökmü olmasa da yüngül cəza verəsiniz. Mənim səhvim odur ki, Könül adından istifadə etmişəm". 

Məhkəmə heyəti müşavirədən gəldikdən sonra  hökmü elan ediblər. Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Səadət Məmmədova 7 il müddətinə azadlıqdan məhrum edilib. 

İsintaqla müəyyən olunub ki, Səadət Məmmədova saxta pul əldə etmə və satma barədə əvvəlcədən başqa şəxslərlə razılaşaraq cinayət əlaqəsinə girib.

S.Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə o, ölkə xaricində olan Murad Əbdürrəhimovdan saxta pulları əldə edərək Azərbaycan ərazisində onun dediyi şəxslərə satmalı imiş. 

O, pulların saxta olmasından məlumatı olmayan tanışı Səlim Əliəsgərovla Türkiyəyə gedərək orada Murad Əbdürrəhimovdan ümumilikdə, 40.000 ABŞ dolları məbləğində saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən, xarici valyutanı satış məqsədilə əldə edib və Azərbaycana gətirib.

S.Məmmədova yenidən pulların saxta olmasından məlumatı olmayan tanışı Şəfaqət Məmmədova ilə Türkiyəyə gedərək orada Murad Əbdürrəhimovdan ümumilikdə 30.000 ABŞ dolları məbləğində saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən xarici valyutanı satış məqsədilə təkrarən əldə edərək Azərbaycana gətirib.

O, bundan başqa istintaqa məlum olmayan mənbədən ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ile eynilik təşkil etməyən 54.300 saxta ABŞ dolları məbləğində olmaqla, xarici valyutanı satış məqsədilə təkrarən əldə edərək Azərbaycana gətirib.

S.Məmmədova bundan sonra cinayətkar fəaliyyətin davamı olaraq Murad Əbdürrəhimov ilə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən, onun tapşırığı ilə əldə etdiyi  eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən, 124.300 saxta ABŞ dolları nominallı pul əskinaslarından Ələmdar Cahangirova 34.000 manat dəyərində saxta 20.000 ABŞ dolları, Elmar Ağayevə 23.120 manat dəyərində saxta 13.600 ABŞ dolları, Seymur Rəcəbova 37.740 manat dəyərində saxta 22.200 ABŞ dolları və Elçin Mehtiyevə 16.450 manat dəyərində xeyli miqdarda saxta 68.500 ABŞ dolları nominallı pul əskinaslarını təkrarən satıb.

İş üzrə 4 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, Səadət Məmmədova qarşı Cinayət Məcəlləsinin 204.2-ci  (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Səadət Məmmədova həbs edilənə kimi müxtəlif təhsil müəssisələrində müəllim kimi çalışıb.

(unikal)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh