On ayda narkotikə görə 59 əcnəbi saxlanılıb

Bu ilin 10 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6693 nəfər cəlb edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.
Qeyd olunub ki, onlardan 16-18 yaşadək 2 nəfər,18-25 yaşadək 498 nəfər, 26-29 yaşadək 1012 nəfər, 30 yaş və ondan yuxarı isə 5181 nəfər təşkil edir. Həmin şəxslərdən 6497-si kişi, 196-sı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 59 xarici ölkə vətəndaşından 25-i İran İslam Respublikası, 10-u Rusiya, 13-ü Türkiyə, 7-si Gürcüstan, 1-i Özbəkistan, 2-si Ukrayna, 1-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 212 kq 424,217 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












