Otuz min dollarlıq tender dələduzluğu

"Paradise M" şirkətini tenderdə qalib etdirəcəyinə dair vəd verərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan Ayaz adlı şəxs 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun həbsdə və ev dustaqlığında saxlanıldığı 6 ay 22 gün müddət bir günə iki gün hesablanmaq verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. İş materiallarından məlum olur ki, təqsiləndirilən şəxsin Rövşən adlı tanışı ondan "Paradise M" MMC-ni tenderdə qalib etdirməyi istəyib. Təqsirləndirilən şəxs də 30 000 dollar müqabilində bu işə görəcəyini bildirib. Şirkət zərərşəkənin tanışına məxsus olduğundan tərəflər iş həll olunacağı təqdirdə 30 000 dolları aralarında böləcəklərinə razılaşıblar. Lakin iş alınmayıb. Ayaz aldığı 30 000 dollardan 5000 dollarını qaytarıb. Qarşı tərəf isə yerdə qalan məbləği almaq üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Ayaz saxlanılıb və daha sonra ona ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib. Məhkəmə prosesində Ayaz özünü qismən təqsirli bilib. O, həmçinin qeyd edib ki, dəymiş ziyan ailəsi tərəfindən ödənilib. Zərəçəkən də təqsirləndirilən şəxsin ziyanı ödədiyini və artıq ondan şikayətçi olmadığını bildirib.
Araşdırmalarımız zamanı məlum olub ki, "Paradise M" 2019-cu ildə qeydiyyata alınıb. 2021-ci ilə qədər şirkətin adı "Emin 1976" olub. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Niyazov Qadir Adil oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












