Övladına dərman almağa pulu çatmayan kişi keçmiş arvadını döydü

Bakının Sabunçu rayonunda 1993-cü il təvəllüdlü Fərid Məmmədov münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Samirə Rəhimovaya (ad-soyad şərti göstərilib - red.) xəsarət yetirib. Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin martın 31-də Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.
Fərid Şəhər şosesində yerləşən nömrəsiz fərdi evlərinin yataq otağında keçmiş həyat yoldaşı Samirə ilə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən şillə ilə onun üz nahiyəsindən bir neçə dəfə vurub.
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O qeyd edib ki, Samirə ilə 2019-cu ildə ailə həyatı qursalar da, 2023-cü ildə boşanıblar:
"Bu nikahdan olan iki övladım məhkəmə qətnaməsi ilə mənim himayəmə verildi və hazırda mənimlə yaşayırlar. Boşanmağımıza baxmayaraq öz aramızda razılaşaraq təxminən bir aydan çoxdur ki, Samirə ilə birlikdə yaşamağa davam etmişik".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən saat 21 radələrində yaşadığımız evdə olarkən Samirə ilə aralarında övladına dərman almaq üçün pulunun olmaması səbəbindən mübahisə yaranıb:
"Samirə üzərimə gələrək mübahisəni böyütdü. Bundan əsəbiləşərək Samirəni yataq otağında olarkən çarpayıya yıxdım. Qəsdən üz nahiyəsindən ardıcıl şillə zərbələri vurdum. Samirə qaçmaq istəyərkən onun qolundan və sinəsindən tutaraq ona xəsarət yetirdim".
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Fərid 1 000 manat cərimə olunub.
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












