Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı

Binəqədi bələdiyyəsinin sədrinin köməkçisi tanış olduğu qadına qarşı dələduzluq etməkdə təqsirləndirilir. İş üzrə bələdiyyənin hüquq şöbəsinin müdiri də dindirilib.
Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs 22 yaşlı Pərvindir.
Məlumata görə, Pərvin sosial şəbəkədə Leyla adlı xanımla tanış olub. Onlar arasında sevgi münasibətləri yaranıb və bir müddət birlikdə yaşayıblar.
Zərərçəkmiş Leyla iddia edib ki, Pərvin onun etibarından istifadə edərək 34 min manat pulunu ələ keçirib.
Məlumata görə, Pərvin Leylaya həm anasının məzar daşını düzəltdirəcəyini, həm də onu Binəqədi bələdiyyəsində işə düzəldəcəyini vəd edib. Amma onu aldadaraq, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmayıb.
Pərvin Leylaya bələdiyyədə aylıq 500 manatlıq iş vəd edib. Hətta ona bir aylıq 250 manat da maaş adı ilə ödəniş edib. O da məlum olub ki, Pərvin bələdiyyənin hüquq şöbəsinin müdiri olan dostu Eldarın məzar daşları istehsal edən sexinin olduğunu, onun vasitəsilə Leylanın anasının məzar daşını düzəltdirəcəyini deyib.
Şöbə müdiri məhkəmədə dindirilən zaman sexinin olmadığını bildirib.
Leylanın ifadəsindən məlum olub ki, Pərvin özünü DTX əməkdaşı kimi təqdim edib, general dayısının olması barədə yalan məlumat verib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, tərəflər arasında barışıq əldə edilib. Dəymiş zərər ödənilib.
Məhkəmə bunu nəzərə alaraq Pərvin barəsində 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
Aşınmış və işıqlandırılmayan bu küçə sürücülərə təhlükə yaradır - VİDEO
Rusiyaya zərbələr qlobal inflyasiya riski yaradır
Bakıda nasaz avtobus qəza şəraiti yaratdı, sürücü sərnişinləri təhqir etdi - VİDEO
Paytaxtda yanacaqdaşıyan maşın ALOVLANDI - VİDEO
Bakıda yenə avtobus yandı - VİDEO
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO - VİDEO
Bu yolda hərəkət işgəncəyə çevrilib: Qazılan hissə bir ildir bərpa olunmur - VİDEO
Paytaxtda maşından meyit tapılıb
Bakıda avtobus sürücüsünün ani diqqətsizliyi faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO
İşıqlandırılmayan yolda dayanan sərxoş piyada təhlükə yaratdı - VİDEO
Zuğulbada hərəkətdə olan “Mercedes Vito” yanaraq kül oldu - VİDEO










