Pensiya düzəltmək adı ilə vətəndaşın 10 min manatını mənimsədi

Bakı şəhəri Xətai Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub. 1976-cı il təvəllüdlü təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilib.
Avtosfer.az modern.az-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs zərərçəkmişin etibarından sui-istifadə edərək, onun oğlunun pensiyaya çıxmasına və 12.000 manat kompensasiya almasına kömək edəcəyini vəd edib. Lakin vədinə əməl etməyərək, ümumilikdə 10.000 manat məbləğində pulu mənimsəyib.
Zərərçəkənin oğlu hərbi hissədə ayağını zədələdiyindən ayağına 36 ədəd tikiş vurulub. Hospitalda müalicə alarkən orada tanış olduğu Yasər adlı bir nəfər şəxs ona belə bir adamın olduğunu və onun bu işlərlə məşğul olduğunu bildirib.
Dələduz zərərçəkmişdən oğlunun üçüncü qrup əlilliklə pensiyaya çıxması üçün ilk öncə 15.000 (on beş min) manat pul istəyib, o həmin məbləğlə razılaşmadığından daha sonra yenidən görüşərək işin həll olması üçün 12.000 (on iki min) manat verməsi barədə razılığa gəliblər. Onlar restoranda görüşərək 5.500 (beş min beş yüz) manat verib və bunu mobil telefon vasitəsi ilə video görüntüyə çəkib, sonradan 500 (beş yüz) manatı dələduzun verdiyi bank kartına göndərib. Bir müddət sonra dələduz ona artıq işin həll olunduğunu, bu səbəbdən 4000 (dörd min) manat da verməyini, qalan məbləği verdikdən sonra pensiyanın təyin ediləcəyini bildirib.
İstintaq və məhkəmə araşdırmaları zamanı sübut edilib ki, təqsirləndirilən şəxs müxtəlif tarixlərdə zərərçəkmişdən nəğd və bank köçürmələri yolu ilə pul alıb. Məhkəmə iclasında o, günahını etiraf edib və aldığı məbləği şəxsi ehtiyaclarına xərclədiyini bildirib.
Kiberpolis əməliyyat keçirdi: SAXLANILANLAR VAR - VİDEO
Saxta tarixi məkan düzəldən şəxsə həbs və cərimə cəzası - FOTO
Maşinistsiz qatarlar toqquşdu - 18 İLDƏ İLK DƏFƏ
Tovuzda DƏHŞƏTLİ QƏTL - Öldürülən qadının və tutulan qohumun FOTOLARI - YENİLƏNİB
“BMW” yanıb kül oldu - FOTOLAR
Avtomobilini baha satmaq istədi: 11 min manat CƏRİMƏLƏNDİ
Zərdabda 1 hektarlıq ərazini yandıran şəxs saxlanıldı - FOTO
Süni intellekt 5 nəfəri ölümdən xilas etdi
Azərbaycanın ilk ödənişli yolunda sürücüləri təngə gətirən problemlər - RƏSMİ AÇIQLAMA
İlisuda Ramramay şəlaləsinə gedənlərdən ödəniş alınır? - İDDİA - VİDEO
Bakıda ticarət mərkəzində FACİƏ: Liftin şaxtasına düşüb öldü - YENİLƏNİB










