Piyadanı vurub qaçdı, başqa maşın üstündən keçdi - MƏHKƏMƏ

Lənkəran rayonunun Vilvan kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən qəza törədən sürücü hakim qarşısına çıxarılıb. Mərhumun oğlu sürücünü bağışlayıb.
Amma iş üzrə maraqlı detallar üzə çıxıb. Məlum olub ki, qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Xəsarət alan şəxsin üzərindən başqa bir avtomobil də keçibmiş.
Avtosfer.az xəbər verir ki, Vilvan kənd sakini, 56 yaşlı Hüseyn Yəhya oğlu Əliyevi avtomobili ilə vuraraq hadisə yerindən qaçan şəxs Murad Abdullazadə olub.
O, “Khazar” markalı avtomobili ilə taksi fəaliyyəti göstərirmiş.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Murad qəzanı törədəndən sonra hadisə yerindən qaçıb. Bir gün sonra özü polisə təslim olub. O, hadisə yerindən qaçmasını qorxması ilə izah edib:
“Birinci maşını saxlayıb düşdüm. Hava qaranlıq idi. Sonra oradan uzaqlaşdım. Yolda bir sərnişin də zəng etdi. Onu yola salandan sonra evə getdim. Amma heç kimə heç nə demədim. Maşını həyətdə saxladıqdan sonra piyada gəzməyə başladım. Bir müddət sonra yoldaşım zəng edib polislərin məni axtardığını dedi. Mən də gedib təslim oldum”.
Murad deyib ki, mərhumu vursa da, onun ölümünə səbəb olmayıb. Dediyinə görə, piyada yıxılandan sonra onu başqa bir maşın vurub.
Həmin sürücü də məhkəmədə dindirilib. Sürücü deyib ki, yerdə olan meyiti görməyib və onun ayaqlarının üstündən keçib. Onun sözlərinə görə, hadisə yerində olan kənd sakinləri ona deyiblər ki, mərhumu başqa maşın vurub və ölümünə səbəb olub.
Mərhumun oğlu isə Muraddan yox, digər sürücü Elmandan şikayətçidir. Deyir ki, atasının ölümünə səbəb Elman olub:
“Elman yas xərclərinə 1000 manat da təklif etmişdi. Günahkar odur. Mən müstəntiqə də dedim. Müstəntiq səndləri imzalayanda işin məhkəməyə getməli olduğunu dedi. Məhkəməyə gələndə bilmişəm ki, günahkar Murad göstərilib. Mən Muradı bağışlamışam, günahkar Elmandır”.
Murad Abdullazadə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Ona 4 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
İşdə diqqət çəkən məqam təqsirləndirilən şəxsin hadisə yerindən qaçmasına baxmayaraq, ona yüngül maddə ilə cinayət işinin açılmasıdır. Digər diqqət çəkən məqam isə mərhumun oğlunun piyadanı ilk vuran təqsirləndirilən şəxsdən yox, digər sürücüdən şikayətçi olmasıdır.(musavat)
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












