Polis polkovnik-leytenantı vəfat edib - FOTO

Bu gün - iyunun 27-də polis polkovnik-leytenantı Vüqar Məmmədov vəfat edib. Avtosfer.az "Bakupost"a istinadla xəbər verir ki, onun qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Vüqar Məmmədov xidmətə Yardımlı Rayon Polis Şöbəsində zabit kimi başlayıb, uzun illər şəxsi heyət üzrə rəis müavini vəzifəsində çalışıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Mərhum tanınmış ziyalı, filoloq, partiya və ictimai xadim Vəli Məmmədovun qardaşı oğlu idi. Vəli Məmmədov 1931-ci ildə Yardımlıda anadan olub, müxtəlif illərdə Azərbaycan Dövlət Universitetində, Nizami adına Ədəbiyyat İnstitutunda və Azərbaycan KP MK-da çalışıb, Nəriman Nərimanovun irsinin tədqiqatçısı kimi tanınıb. O, 1991-ci il 20 noyabrda Xocavənddə ermənilər tərəfindən vurulan vertolyotda həlak olmuşdu.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












