Polis saxlanılan şəxsdən udduğu brilyant sırğaları müsadirə edib

ABŞ-də Florida polisi ştatda oğurluq etdiyinə görə həbs edilən şəxsdən dəyəri 770 min dollar olan 4 brilyant sırğa müsadirə edib. Bu, şəxsin saxlanılma anında zinət əşyalarını udmasından iki həftə sonra baş verib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, həmin şəxs fevral ayında “Tiffany & Co” mağazasından zinət əşyalarını oğurladıqdan sonra tutulub. Mağazada o, “Orlando Mecik” komandasının basketbolçusu üçün sırğa və üzük almaq istədiyini söyləyib və onu zinət əşyalarına baxmaq üçün VIP otağa aparıblar, lakin kişi zinət əşyalarını qıvraq şəkildə götürərək mağazadan qaçıb.
Polis onun avtomobilini müşahidə kameraları vasitəsilə izləyib və şəxsi olay yerindən təxminən 340 mil uzaqlıqdakı Vaşinqton dairəsində saxlayıb. Polis hesabatında deyilir ki, o, yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb. Şübhəli şəxs maşında “gərək onları pəncərədən ataydım” deyib, daha sonra həbsxanada olarkən isə “mədəmdəkilərə görə mənə ittiham irəli sürüləcək?” sualını verib.
Oğurlanmış zinət əşyalarının bir hissəsi dərhal, qalan hissəsi isə tibbi müşahidədən sonra götürülüb. Əməliyyatçılar sırğaların üzərindəki seriya nömrələrinin oğurlanmış “Tiffany” parçaları ilə üst-üstə düşdüyünü təsdiqləyiblər.
Saxlanılan şəxs xüsusilə külli miqdarda quldurluq və oğurluqda ittiham olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












