"Prius"u ötən “07”nin sürücüsü küçədə döyüldü

Abşeron rayonunda "Toyota Prius" avtomobilinin sürücüsü digər sürücüyə hücum edib.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Saray qəsəbəsi ərazisindəki Duz gölünün yanında baş verib. "Toyota Prius"un sürücüsü onu yolda keçən VAZ-2107 avtomobilini saxlayaraq, həmin avtomobilin sürücüsünü döyüb. O, sürücünün baş və bədən nahiyələrinə bir neçə yumruq zərbəsi endirdikdən sonra avtomobili də təpikləyib yararsız hala salıb. Daha sonra "Toyota Prius"un sürücüsü hadisə yerindən qaçıb.
VAZ-2107 avtomobilinin sürücüsü hadisə barədə polisə məlumat verib və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə "Toyota Prius"un sürücüsü Rafiq Babayevə iki il azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq taxılıb.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












