Prodüserin 270 min manatlıq “Ferrari”si 1 saat içində külə döndü - VİDEO

Yaponiyanın paytaxtı Tokioda 33 yaşlı musiqi prodüseri Honkon təxminən 270 min manat ödəyərək aldığı “Ferrari 458 Spider” markalı lüks avtomobilindən cəmi bir saat istifadə edə bilib.
Avtosfer.az xəbər verir ki, Minato bölgəsində baş verən hadisə zamanı hərəkətdə olan avtomobil qəfildən tüstülənməyə başlayıb və qısa müddətdə alovlanıb. Ağ tüstünü görən Honkon dərhal avtomobili yolun kənarına çəkib, lakin bir neçə dəqiqə ərzində Ferrari tamamilə yanıb. Alov yanğınsöndürmə komandasının təxminən 20 dəqiqəlik müdaxiləsindən sonra söndürülüb.
Xoşbəxtlikdən nə sürücü, nə də ətrafdakı şəxslər xəsarət alıb. Hadisədən sonra sosial şəbəkədə paylaşım edən Honkon bildirib: “Avtomobilin partlayacağından qorxdum. Düşünürəm ki, Yaponiyada belə bir hadisə yaşayan yeganə insan mənəm”.
Ekspertlər bildirirlər ki, yüksək performanslı idman avtomobillərində bu cür yanğınlar əsasən mühərrik bölməsinin və ya elektrik sistemlərinin həddindən artıq qızması səbəbindən baş verir.
Qeyd edək ki, bu cür hadisələr təkcə Yaponiyada deyil, dünyanın müxtəlif yerlərində də baş verir. Bu ilin əvvəlində təxminən 290 min manat dəyərində olan yeni “Lamborghini” Londonda alovlanmış və yalnız ərazidəki bir piyadanın müdaxiləsi ilə alovun yayılması qismən qarşısı alınmışdı.
Azərbaycanda da avtomobil yanğınları artmaqdadır. Son dövrlərdə ölkədə baş verən yanğınların əksəriyyəti yüksək sürətlə hərəkət edən avtomobillərdə mühərrik və elektrik sistemlərinin qızması nəticəsində meydana gəlir. Bu cür hadisələrin qarşısını almaq üçün müvafiq təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir.
Eltac Zülfüqaroğlu
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












