Qaçaqmalçılıqda təqsirli bilinən 3 "Duty free" işçisinə hökm oxunub

Ölkəyə dəyəri 100 min manatdan artıq olan qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etməkdə təqsirləndirilən "Duty free"nin satıcıları Səbinə Əliyeva, Kəmalə Məmmədova və Səbinə Nəsibovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək hər 3 təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs olunmalarını təklif edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Kəmalə Məmmədova, Səbinə Əliyeva və Səbinə Nəsibova 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzaları Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab olunub və hər birinə 2 il sınaq müddəti seçilib.
Qeyd edək ki, ittihama görə, hər üç şəxs dəyəri 100 min manatdan çox olan 1 kiloqrama yaxın qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyib.
Təqsirləndirilən şəxslərin barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Onlar Bakıda Hava Limanında "Duty free" mağazasında satıcı işləyiblər. Hər üç şəxsə Cinayət Məcəlləsinin 32, (cəhd) 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan olunub.
Cinayət işi üzrə zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












