Qadın maşında oğlana 6 bıçaq zərbəsi vurdu

Argentinada sevgilisini seks zamanı öldürən San-Xuan şəhərindən olan qadının məhkəməsi başlayıb. Avtosfer.az Lent.az-a istinadla bildirir ki, cinayət 2024-cü il yanvarın 16-da törədilib. İstintaqın məlumatına görə, Həmin gün 34 yaşlı Luciana Bustos Sançes və Marselo Xose Amarfil birlikdə ərzaq alış-verişinə gediblər. Daha sonra məhkəmə sənədlərinə əsasən, onlar hava limanının yaxınlığında dayanaraq cinsi əlaqədə olmaq istəyiblər. Qadın tamamilə çılpaq oğlanı dəri manşetlərlə sükana qandallayıb, gözlərini bağlayıb, sonra isə üz və boyun nahiyəsinə 6 bıçaq zərbəsi vurub. Amarfil özünü azad edərək, Sançesin əlindən dişləyib, maşından düşüb qaçmağa çalışsa da, huşunu itirib. Onu xilas etmək mümkün olmayıb. Hadisədən dərhal sonra qadın yaxınlıqdakı patrul polisinə yaxınlaşaraq dostunun özünə xəsarət yetirdiyini bildirib. Eyni zamanda onun əllərində qan olub. Sançesin versiyası məhkəmə-tibb ekspertləri tərəfindən dərhal təkzib edilib. Bildirilib ki, Amarfil özünə belə yaralar vura bilməz. Kişinin qohumları onun Sançeslə dost olduğunu, tez-tez birlikdə nahar etdiyini və ailə şənliklərində iştirak etdiyini, lakin onların arasında romantik münasibətdən heç kimin xəbəri olmadığını söyləyiblər. Müdafiə tərəfi qadının cinsi təcavüz qurbanı olduğunu və özünü müdafiə etdiyini iddia edir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












